86 dəfə əməliyyat olundu, daha 20 əməliyyata ehtiyacı var

86 dəfə əməliyyat olundu, daha 20 əməliyyata ehtiyacı var

14 Mart 2012 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ondan ayrılmaq istəyən sevgilisinin üstünə asit turşusu (kislota) atan iki uşaq atası Riçard Remes hazırda öldürməyə təşəbbüs göstərməkdən mühakimə olunur. 86 dəfə bıçaq altına uzanan qadını isə daha 20 əməliyyat gözləyir.

Olay Belçikanın paytaxtında 2009-cu ildə yaşanıb. Evli, iki uşaq atası olan 57 yaşlı Riçard yaşadığı binanın idarəçiliyi ilə məşğul olan Patrisiya Lefrans ilə 2 il müddətinə sevgi münasibəti yaşayıb. 48 yaşlı qadının daha sonra ondan ayrılmaq istəməsini heç cür qəbul edə bilməyən Riçard onun üstünə asit turşusu töküb. Artıq üç ildir davam edən istintaq yekunlaşıb və iş baxılması üçün məhkəməyə təhvil verilib. Lefrans sonuncu məhkəmə iclasında yaşadıqlarını bu cür dilə gətirib: "3 ay reanimasiyada yatdım. Sol gözüm kor, bir qulağım isə kar oldu. Bir barmağımı itirdim. 86 dəfə əməliyyat olundum. Amma 20 əməliyyat daha məni gözləyir. Burnumun forması tez-tez pozulur.Yaxında o da protez olacaq".

Allah insanın birinci mal-dövlətini, sonra ağlını alsın...

Günel Həbib