Bakıda yeniyetmə qız özünü 5-ci mərtəbədən atdı

Bakıda yeniyetmə qız özünü 5-ci mərtəbədən atdı

14 Mart 2012 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə rayonun Ağa Nemətulla küçəsində intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 1997-ci il təvəllüdlü Aydan İbrahimova 5-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. A.İbrahimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb.

O.M.