Banqladeş məhkəməsi yeddi terrorçunu ölüm cəzasına məhkum edib

Banqladeş məhkəməsi yeddi terrorçunu ölüm cəzasına məhkum edib

27 Noyabr 2019 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Dəkkənin terror əleyhinə tribunalı 2016-cı ildə baş verən və 20 nəfərin ölümü ilə nəticələnən Banqladeş tarixində ən iri hücumda ittiham olunan yeddi nəfəri edam cəzasına məhkum edib.

Oxumeni.az United News of Bangladesh agentliyinə istinadla xəbər verir ki, hökmün nə vaxt icra olunacağı açıqlanmır.

Xatırladaq ki, 2016-cı il iyulun 1-də “Camaat-ul-Mücahidin” qruplaşmasının silahlıları Dəkkədə Argentina, Hindistan, İtaliya, ABŞ və Yaponiya vətəndaşlarının olduğu restorana hücum etmişdi. Hadisə nəticəsində 20 nəfər öldürülmüş, 40-a yaxın insan isə yaralanmışdı. Polisin müdaxiləsi nəticəsində hücumda iştirak edən terrorçulardan beşi zərərsizləşdirilmiş, həmçinin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)