İki oğlan məktəbin yanında odlu silahla qətlə yetirilib

İki oğlan məktəbin yanında odlu silahla qətlə yetirilib

25 Noyabr 2019 19:55
Bəyəndim (1) Bəyənmədim (0)

Kaliforniya ştatının Yunion-Siti şəhərində, Sirla ibtidai məktəbinin parklama yerində dayanmış miniven (minik avtomobili) atəşə tutulub. Onun içərisində olan 14 və 11 yaşlı oğlan uşaqları həlak olub.

Oxumeni.az xəbər verir ki, bu barədə məlumatı dairə polisi yayıb. Polislər dərhal hadisə yerinə gəliblər. Onlar məktəbin qərb hissəsindəki parklama yerində güllə ilə deşik-deşik edilmiş avtomobildə iki oğlan uşağı aşkar ediblər. Bildirilib ki, yaşca böyük oğlan hadisə yerindəcə keçinib, xəstəxanaya çatdırılan digər uşaq qan itkisindən ölüb.

Yunion-Sitinin polis şöbəsindən leytenant Stiv Mendes deyib: “Onlar nə üçün həmin vaxt orada olublar, konkret yerə nə üçün gəliblər və şübhəlilərlə nə kimi əlaqələri olub? Bütün bunlar hələlik araşdırılır. Müstəntiqlər bu atəşaçmanın banditizmlə əlaqədar olub-olmadığını müəyyənləşdirirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)