Dövlət idarələrinin saxta sənədləri ilə banklardan 100 min manat götürmüş dəstə zərərsizləşdirildi

Dövlət idarələrinin saxta sənədləri ilə banklardan 100 min manat götürmüş dəstə zərərsizləşdirildi

13 Mart 2012 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, bir qrup şəxsin saxta sənədlərdən istifadə etməklə müxtəlif banklardan külli miqdarda kredit götürmələri faktı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə vətəndaşlardan daxil olmuş müraciətlər araşdırılıb.

Müəyyən edilib ki, Ramiz Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma idarəsinin və digər dövlət təşkilatlarının möhür və ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklardan 100.000 manatdan artıq kredit götürüblər.
Fakta görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

O.M.