Mingəçevirdə bıçaqlanma hadisəsi olub

Mingəçevirdə bıçaqlanma hadisəsi olub

22 Aprel 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir rayonunda cinayət hadisəsi baş verib. Şəhər sakini həmyerlisini bıçaqlayıb.


Belə ki, Mingəçevir şəhərinin Yeni Həyat qəsəbəsində qəsəbə sakini Əlvan Qasımov münaqişə zəminində həmyerlisi İlkin Əliyevə bıçaqla xəsarət yetirib.


Yaralı dərhal şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin dediyinə görə, yaralının vəziyyəti qənaətbəxşdir.


Mingəçevir şəhər polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Qasımov isti izlərlə həbs olunub.


Şəhər prokurorluğu sağlamlığa qəsdən xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb, istintaq davam edir.


Bıçaq yarası sağalar, söz yarası sağalmaz


Elvin Babayev


O.M