Bacı - qardaşlar eyni vaxtda özlərini asdılar

Bacı - qardaşlar eyni vaxtda özlərini asdılar

22 Aprel 2011 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Kahramanmaraş şəhərində lüks bir bağ evində 2-si oğlan 2-si qız olmaqla 4 bacı-qardaş özlərini asıblar. Hadisə zamanı məcburi ölümün elementlərinə rast gəlinməyib. Bacı-qardaşların əvvəllər də intihara cəhd etdikləri məlum olub.


Vəkil olan ata Hayri Təpəbaşı işdən evə qayıdanda mənzildə qarşılaşdığı tükürpədici mənzərəyə tab gətirməyərək infarkt keçirib. O, əvvəl 30 yaşlı oğlu Raden Sağocaqın, sonra qızları 25 yaşlı Beraris və 37 yaşlı Scenin, daha sonra isə balaca oğlu 29 yaşlı Rulinin tavandan asılı qalan cəsədləri ilə qarşılaşıb.


Bu vaxt qonşular atanın fəryadını eşidib polisə zəng ediblər. Hadisə yerinə gələn polis dərhal araşdırma aparıb.


Məlumatda bildirilir ki, mərhumların anaları asma xəstəsidir. Uşaqlar bir-birinə həddən artıq bağlı olublar.


İntihar çıxış yolu deyil, yerdə qalanlar üçün çıxılmaz bir yolun başlanğıcıdır.


Hafiz Əhmədov


O.M.