Kaliforniyada odlu silahdan açılan atəş nəticəsində beş nəfər ölüb

Kaliforniyada odlu silahdan açılan atəş nəticəsində beş nəfər ölüb

17 Noyabr 07:42
120
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın San-Dieqo şəhərində (Kaliforniya ştatı) odlu silahdan açılan atəş nəticəsində azı beş nəfər həlak olub.
Oxumeni.az Los Angeles Times qəzetinə istinadla xəbər verir ki, insident şəxsi evdə qeydə alınıb. Həlak olanlardan üçü 10 yaşınadək uşaqlar, ikisi isə 31 və 29 yaşlarında kişi və qadındır. Yerli polisin nümayəndəsi, həmçinin odlu silah yarası almış yeniyetmənin xəstəxanaya aparıldığını bildirib.
Hadisənin nə səbəbdən baş verdiyi hələlik müəyyənləşməyib. İnsident barədə polisə məlumat çatdıran şəxs evdən söyüş və qışqırıq səsləri eşidildiyini deyib.
Ölənlərdən birinin atəş açan şəxs olduğu ehtimal edilir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)