Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verdi

Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verdi

10 Mart 2012 20:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu gün səhər saatlarında paytaxtın Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən piyada, 45 yaşlı Telli Bayramovanı vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda yaxınlıqdakı təhlükəsizlik kameralarının görüntüləri təhqiq olunur. Polis piyadanı vuran avtomobilin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görür.

O.M.