Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verdi

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verdi

10 Mart 2012 20:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xaçmaz rayonu ərazisində, Gəndob-Yalama yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1961-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizam Mehdiyevin idarə etdiyi 19 BC 304 dövlət nömrə nişanlı yük maşını ilə Xaçmaz rayonu Çarxı kənd sakini David Namazovun idarə etdiyi 27 BG 647 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəza törədən yük maşını Rusiyadan Azərbaycana ətriyyat məhsulları daşıyırmış.

O.M.