Kürdəmirdə 87 yaşlı qadın evində yanaraq öldü

Kürdəmirdə 87 yaşlı qadın evində yanaraq öldü

10 Mart 2012 19:05
589
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir Rayon Polis Şöbəsinin məlumatına görə, bu gün saat 14:30 radələrində Kürdəmirin Xəlsə kəndində ölümlə nəticələnən yanğın qeydə alınıb. Kənd sakini, 1925-ci il təvəllüdlü Kərimova Çimən Rəhim qızına məxsus ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı evdə yanğın baş verib. Yanğının qarşısının alınması üçün rayon mərkəzindən 46 kilometr aralıda yerləşən kəndə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hadisə barədə rayon yanğından mühafizə hissəsinə gec məlumat verildiyindən yanğının qarşısını vaxtında almaq mümkün olmayıb.

Hadisə nəticəsində mənzildə tənha yaşayan ev sahibi, 87 yaşlı Çimən Kərimova yanaraq dünyasını dəyişib. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

O.M.