Lerikin 16 yaşlı sakini meşədə özünü asdı

Lerikin 16 yaşlı sakini meşədə özünü asdı

9 Mart 2012 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik Rayon Prokurorluğunun məlumatına görə, rayonun Tikəband kənd sakini, 1996-cı il təvəllüdlü Seymur Sucəddin oğlu Hacıyevin meyiti kəndlərinin yaxınlığındakı meşə massivində ağacdan kəndirdə asılmış vəziyyətdə atası tərəfindən aşkarlanıb. Meşəyə qoyun-quzu otarmaq məqsədilə gedən S.Hacıyevin özünə qəsd etməsinin səbəbləri hələlik bilinmir. Ailənin üçüncü oğlan uşağı olan mərhumun 5 yaşlı qardaşı bu ilin fevral ayında dünyasını dəyişib və bu hadisənin ona psixoloji təsiri istisna olunmur.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

O.M.