Naməlum şəxslər "Azadlıq" radiosunun əməkdaşına hədə-qorxu dolu məktub göndərdilər

Naməlum şəxslər "Azadlıq" radiosunun əməkdaşına hədə-qorxu dolu məktub göndərdilər

9 Mart 2012 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayıl Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib. Xədicə İsmayıl qeyd edib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət ona qarşı şantaj əməli törədən şəxslərlə bağlıdır: "Hüquq-mühafizə orqanlarından məni şantaj edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişəm".

Qeyd edək ki, Xədicə İsmayıl martın 7-də onun yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəldiyini bildirib. Jurnalistin söylədiyinə görə, məktubda əxlaqsız şəkillər və hədələr yer alıb.

O.M.