Qusarda maşın piyadanı vuraraq öldürdü

Qusarda maşın piyadanı vuraraq öldürdü

9 Mart 2012 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar Rayon Polis Şöbəsinin məlumatına görə, bu gün səhər saatlarında rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Qusar-Quba yolunun 1-ci km-də qeydə alınıb. Qusar şəhər sakini, 1987-ci il təvəllüdlü Əmirxanov Bəhlul Fərhad oğlu idarə etdiyi "VAZ 21011" markalı, 10 BP 068 dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhər sakini, 1981-ci il təvəllüdlü Evladov Əlyar Beytulla oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü Bəhlul Əmirxanov qəzadan sonra Qusar rayon Polis Şöbəsinə gələrək hadisə barədə məlumat verib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

O.M.