Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşdu

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşdu

8 Mart 2012 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər RPİ-nin məlumatına görə, bu gün Bakı şəhəri, Xəzər rayonunda " Daewoo " markalı sərnişin avtobusu ilə " Qaz " markalı yük avtomobili toqquşub. Nəticədə, yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar.

FHN-nin məlumatına görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. 1948-ci il təvəllüd Rafiq Sultan oğlu Əhmədov xəstəxanaya aparılarkən yolda vəfat edib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla başlı araşdırma aparılır.

O.M.