Qaxda ovçu özünü yaraladı

Qaxda ovçu özünü yaraladı

8 Mart 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Qax Rayon Polis Şöbəsinin məlumatına görə, Qax rayonu Qum kəndi ərazisindəki meşə zolağında rayonun Qum kənd sakini, 1965-ci il təvəllüdlü Ramazanov Mahir Şəmsəddin oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində sol ayağının diz nahiyəsindən xəsarət alıb. Mahir Ramazanov Qax Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.