Azərbaycanda 07 martın kriminal xronikası

Azərbaycanda 07 martın kriminal xronikası

8 Mart 2012 11:58
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 61 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Balıq tutmaq üçün qayıqda dənizə çıxmış Buzovna qəsəbə sakinləri Fərman Əliyev və Hacıbaba Qəniyev itkin düşmüşlər

07.03.2012

Martın 7-də saat 16.00 radələrində Buzovna qəsəbə sakinləri Fərman Əliyev və Hacıbaba Qəniyev balıq tutmaq üçün qayıqda dənizə çıxmış və qayıq çevrildiyindən itkin düşmüşlər.

Mirzəbala Abdullayevin evinə baxış zamanı külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür

07.03.2012

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Cəfərovdan 1,251 qram heroin götürülmüşdür. R.Cəfərova narkotik vasitəni satmış Mirzəbala Abdullayev tutulmuş, ondan 24,467 qram heroin götürülmüşdür. M.Abdullayevin mənzilinə baxış zamanı 1 kiloqram 148,216 qram heroin aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Sevda Cabbarovadan 0,464 qram heroin götürülmüşdür

07.03.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 13-də Səbinə Hacıyevanın çantasından oğurluq etmiş Bakı şəhər sakini Sevda Cabbarova tutulmuş, ondan 0,464 qram heroin götürülmüşdür.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Zemfira Şabanova tutulmuşdur

07.03.2012

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da İlhamə Quliyevanın çantasından 120 manat və Sonaxanım Zeynalovanın çantasından 348 manat pul oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zemfira Şabanova tutulmuşdur.

1 baş qoyun oğurlanmış Ağcabədi rayon sakini Səxavət Ədilov saxlanılmışdır

07.03.2012

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də İmişli şəhər bazarında Qulubəyli kənd sakini Natiq Tarverdiyevə məxsus 1 baş qoyun oğurlanmış Ağcabədi rayon sakini Səxavət Ədilov saxlanılmışdır.

Avtomaşın qaçırmış Zaqatala rayon sakini İlkin Ömərov tutulmuşdur

07.03.2012

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Vüsal Mirzəyevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış rayon sakini İlkin Ömərov tutulmuşdur.

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

07.03.2012

Bakı şəhər sakini Hafiz Ağaverdiyev 4,2 qram heroini və 111,82 qram həşiş qətranını könüllü olaraq Salyan RPŞ-yə təhvil vermişdir. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağaverdiyevə narkotik vasitəni satmış rayon sakinləri Nəzakət Əzizova, Məcid Əliyev, İlham Xuruşov, Elxan Salamov və onun qardaşı Elşən tutulmuşlar. N.Əzizovadan 0,414 qram, E.Salahovdan 0,418 qram, E.Salahovdan 0,633 qram, İ.Xuruşovdan 0,663 qram heroin, M.Əliyevdən isə 7,11 qram həşiş qətranı götürülmüşdür. E.Salahovun evinə baxış zamanı əlavə 209,595 qram tiryək, 66,546 qram heroin, 134,29 qram marixuana, 5,12 qram marixuana toxumu və 3 ədəd tərəzi aşkar edilərək götürülmüşdür.

Avtomaşın qaçırmış Abşeron rayon Novxanı kənd sakini Asif Əsədullayev tutulmuşdur

07.03.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da Azad Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Novxanı kənd sakini Asif Əsədullayev tutulmuşdur.

Nofəl Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elxan Xalıqov tutulmuşdur

07.03.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Nofəl Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elxan Xalıqov tutulmuşdur.

Bakı şəhər sakini Nurəddin Əliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

07.03.2012

Martın 7-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində qəsəbə sakini Ramiz Nəbiyevə məxsus tikintisi başa çatmamış evdə işləyən Bakı şəhər sakini Nurəddin Əliyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Sumqayıt şəhər sakini Teymur Məmmədov üstünə daş hasarın uçması nəticəsində ölmüşdür

07.03.2012

Martın 7-də Binəqədi rayonu ərazisində yaşayan Elxan Samiyevə məxsus həyətdə təmir işləri aparan Sumqayıt şəhər sakini Teymur Məmmədovun üstünə daş hasarın uçması nəticəsində ölmüşdür.

Sabirabad rayonunun Həşimxanlı kənd sakini 10 yaşlı Roza Əkbərli bədbəxt hadisə nəticəsində ölmüşdür

07.03.2012

Martın 7-də Sabirabad rayonunun Həşimxanlı kənd sakini 10 yaşlı Roza Əkbərli, bacısı və qardaşı ilə birgə oynayarkən ipin boğazına dolaması nəticəsində ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

07.03.2012

Martın 7-də Sumqayıt şəhər sakinləri Mehriban Məmmədova və Rasim Kazımov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

07.03.2012

Martın 7-də saat 02.15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Ağası Hacıyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu teplovoza vurmuşdur. Nəticədə sərnişini 40-45 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

O.M.