Bakıda naməlum maşın piyadanı vurub hadisə yerindən uzaqlaşdı
Binəqədi RPİ-nin məlumatına görə, martın 8-də saat 03.05 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Əziz Hacıyev vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər