Vilayət Eyvazov Cavidin qətli ilə bağlı göstəriş verdi

Vilayət Eyvazov Cavidin qətli ilə bağlı göstəriş verdi

30 Oktyabr 10:15
67
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.

Oxumeni.az DİN-ə istinadən xəbər verir ki, DİN-in Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı törədilən, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.

Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

Qeyd edək ki, Almaniyada təhsil alan Cavid Hacıyev Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olmuş Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev dostunun dəvətini qəbul edərək həmin şəhərə gedib. O, dostu Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra kürəyindən üç bıçaq zərbəsi vurub, daha sonra isə meyitin üzərində qəddarlıqlar edib. Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)