Sumqayıtda qaraj və onun içində saxlanılan mikroavtobus yandı

Sumqayıtda qaraj və onun içində saxlanılan mikroavtobus yandı

8 Mart 2012 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar nazirliyi Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin məlumatına görə, dünən axşam saatlarında şəhər ərazisində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m. olan qarajın dam örtüyü və içərisində olan "Qazel" markalı mikroavtobus yanıb. Yanğından yaxınlıqdakı ev mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.