Dünən dənizdə itkin düşən iki balıqçının axtarışı davam edir

Dünən dənizdə itkin düşən iki balıqçının axtarışı davam edir

8 Mart 2012 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən 07 mart 2012-ci il tarixində dənizin Bakı sahilinə yaxın olan nəzarət olunmayan hissəsində balıqçı qayığının çevrilməsi nəticəsində iki balıqçı itkin düşüb. Qeyd edilən şəxslərin axtarışlarına nazirliyin dalğıc-xilasediciləri cəlb ediliblər. Hal-hazırda axtarış işləri davam edir.

O.M.