Azərbaycan Dövlət televiziyasının rəis müavini iş yerində vəfat etdi

Azərbaycan Dövlət televiziyasının rəis müavini iş yerində vəfat etdi

7 Mart 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail Rayon Prokurorluğunun məlumatına görə, dünən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində ölüm hadisəsi qeydə alınıb. Televiziyanın aparat-studiya blokunun rəis müavini, 58 yaşlı Əsgərov İbrahim Daşdəmir oğlu iş başında qəfildən dünyasını dəyişib. İlkin məlumata görə, mərhumun ölümünə ürək tutması səbəb olub. Hadisə ilə bağlı tibbi ekspertiza təyin edilib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

O.M.