Məhbusu ziyarətə gələnlərin üzərindən narkotik maddə və silah aşkar edildi

Məhbusu ziyarətə gələnlərin üzərindən narkotik maddə və silah aşkar edildi

7 Mart 2012 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Nizami Rayon Polis İdarəsinin 23-cü və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin H.Əliyev prospektində yerləşən Müalicə Müəssisəsində müalicə olunan məhbus Rasim Ramazanovun görüşünə gəlmiş qardaşları, əvvəllər məhkum olunmuşlar, Xətai Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olan Osman Ramazanovdan 0,501 qram heroin, bıçaq və mənzil qapısını açmaq üçün xüsusi vasitələr, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi tərəfindən CM-nin 177-ci maddəsi ilə axtarışda olan Sahib Ramazanovun üzərindən 0,650 qram heroin və bıçaq, ona məxsus "VAZ-21015" markalı avtomobildən isə 1 qramdan artıq heroin, 2 ədəd bıçaq, pnevmatik tapança və mənzil qapısını açmaq üçün 12 ədəd xüsusi alət aşkar edilib.

Bundan başqa tanışları Seyfulla Qafarovdan 0,462 qram, Qulu Əhmədovdan isə 0,403 qram heroin götürülüb. Araşdırmalar nəticəsində onlara narkotik vasitəni satan, Zərdabi küçəsində yaşayan Ülvi İsmayılov yaxalanmış və onun evindən 20 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

O.M.