Yevlaxda ər arvadı bıçaqla qətlə yetirdi

Yevlaxda ər arvadı bıçaqla qətlə yetirdi

7 Mart 2012 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax Rayon Prokurorluğunun məlumatına görə, ötən gecə rayonun Havalı kəndində qətl hadisəsi qeydə alınıb. Kənd sakini, 39 yaşlı Xəyyam Məhərrəmov ailə münaqişəsi zəminində həyat yoldaşı, 27 yaşlı Xəyalə Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən X.Məhərrəmov polis tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

O.M.