Balakəndə 44 yaşlı səfilin meyiti tapıldı

Balakəndə 44 yaşlı səfilin meyiti tapıldı

7 Mart 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Polis Şöbəsinin məlumatına görə, rayonun Qabaqçöl qəsəbəsi, Xalatala kəndində küçədə donmuş vəziyyətdə kişi meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, tapılmış şəxs Xalatala kənd sakini, 1968-ci il təvəllüdlü Dibirov İsmayıl Həybullah oğludur. İ.Dibirovun tüfeyli həyat sürdüyü deyilir. O, içkili vəziyyətdə yaşadığı evə qayıdarkən yolda yıxılıb. Şaxtalı havada sərxoş halda küçədə qalan İsmayıl Dibirov donvurmadan ölüb. Onun üzərində içki şüşəsi də aşkarlanıb. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.