Azərbaycanlı kişi Rusiyada iki qızı bıçaqladı, biri öldü

Azərbaycanlı kişi Rusiyada iki qızı bıçaqladı, biri öldü

20 Oktyabr 20:00
74
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt-Peterburq şəhərində iki gənc qız bıçaqlanıb.

Oxumeni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çoxsaylı bıçaq zərbələri alan qızlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Sağ qalan qızın anasının sözlərinə görə, cinayəti qızın azərbaycanlı keçmiş sevgilisi törədib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Onun cinayəti qısqanclıq zəminində törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Oxumeni.az