Bakıda intihara cəhd oldu

Bakıda intihara cəhd oldu

6 Mart 2012 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayon Polis İdarəsinin məlumatına görə, bu gün rayonun Ceyhun Hacıbəyli küçəsi, 11 ünvanında yerləşən, fəaliyyət göstərməyən ev alğı-satqı ofisində intihara cəhd hadisəsi qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İsgəndər oğlu Həsənov odlu silahdan atəş açaraq intihara cəhd edib. Yaralı ərazidə olan vətəndaşlar tərəfindən təcilli xəstəxanaya yerləşdirilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

O.M.