Azərbaycanda 05 martın kriminal xronikası

Azərbaycanda 05 martın kriminal xronikası

6 Mart 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.

Tərtər rayon sakini Seyfəddin Əliyev münaqişə zəminində Ramil Rəhimova bıçaqla xəsarət yetirmişdir

05.03.2012

Martın 5-də Nəsimi rayonu ərazisində kirayədə yaşayanlar Tərtər rayon sakinləri Seyfəddin Əliyev münaqişə zəminində Ramil Rəhimova bıçaqla xəsarət yetirmişdir. S.Əliyev Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Ağdaş rayonunun Maşad kənd sakini Nüsrət Səfərov münaqişə zəminində Bəhruz Şirinova bıçaqla xəsarət yetirmişdir

05.03.2012

Martın 5-də Ağdaş rayonunun Maşad kəndi ərazisində kənd sakini Nüsrət Səfərov münaqişə zəminində Bəhruz Şirinova bıçaqla xəsarət yetirmişdir. N.Səfərov Ağdaş RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini Sərvan Məmmədov və Bakı şəhər sakini Sevda Cabbarova tutulmuşlar

05.03.2012

Martın 4-də Yasamal rayonu ərazisində, 2 naməlum şəxs Bakı şəhər sakini Şahin Səbziyevi yumruqla baş nahiyəsindən vurub, ondan 8 manat pul və 2 ədəd mobil telefonunu almışdır. Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdaş rayon sakini Sərvan Məmmədov və Bakı şəhər sakini Sevda Cabbarova tutulmuşlar.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.03.2012

Martın 5-də saat 21.00 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Alim Alışov "Daewoo" markalı avtobusu idarə edərkən şəhər sakinləri Bahar Cəfərova və onun nəvəsi 6 yaşlı Vüsaləni vurmuşdur. Nəticədə B.Cəfərova aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış uşağa isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.03.2012

Martın 5-də saat 20.30 radələrində Ucar rayonu ərazisində Bakı şəhər sakini Elşən Cəbrayılovun idarə etdiyi "Mercedes-220" və Yevlax şəhər sakini Azər Adıgözəlovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşınlar toqquşmuş, sonradan A.Adıgözəlovun idarə etdiyi avtomaşın qarşıdan gələn Qarabörk kənd sakini Səbuhi Əliyevin idarə etdiyi "VAZ-2108" markalı avtomaşına dəymişdir. Nəticədə S.Əliyev və sərnişini Elşad Məmmədov hadisə yerində ölmüş, xəsarət almış A.Adıgözəlov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.03.2012

Martın 5-də saat 19.40 radələrində Ağstafa rayonu ərazisində rayon sakinləri Eyyub Niftəliyevin idarə etdiyi "VAZ-21011" və Xosrov Rüstəmovun idarə etdiyi "Niva" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Niftəliyevin sərnişini Ruslan Əmiraslanov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Lənkəran rayon Boladı kənd sakini Eldəniz Nəsirov 3 kq tiryəki və 4 kq həşiş qətranını satarkən tutulmuşdur

05.03.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Boladı kənd sakini Eldəniz Nəsirov 3 kiloqram tiryəki və 4 kiloqram həşiş qətranını satarkən tutulmuşdur.

Bakı şəhər sakini Ceyran Qebedovanın çantasını zorla əlindən alıb qaçmış Cəlilabad rayon sakini Eldar Həsənov tutulmuşdur

05.03.2012

Martın 5-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ceyran Qebedovanın çantasını zorla əlindən alıb qaçmış Cəlilabad rayon sakini Eldar Həsənov həmin ərazidə xidmət aparan Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulmuşdur.

Binəqədi qəsəbə sakini Mübariz Kazımovdan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür

05.03.2012

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini Mübariz Kazımovdan 0,310 qram heroin götürülmüşdür. M.Kazımovun mənzilinə baxış zamanı əlavə 620,7 qram heroin aşkar edilərək götürülmüşdür.

Füzuli rayon sakini Divangir Əliyevdən 871,7 qr heroin və 2 kq 4,9 qr tiryək götürülmüşdür

05.03.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Divangir Əliyevdən 871,7 qram heroin və 2 kiloqram 4,9 qram tiryək götürülmüşdür.

Bakı şəhər sakini Zamir Səlimovun mənzilinə baxış zamanı 1 ədəd tapança aşkar edilərək götürülmüşdür

05.03.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamir Səlimovun mənzilinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Ələkbər Kazımovdan narkotik vasitə götürülmüşdür

05.03.2012

Martın 5-də 65 №-li xətt avtobusunda, Bakı şəhər sakini Anar Babayevin cibindən 50 manat pul oğurlamış Sumqayıt şəhər sakini Ələkbər Kazımov zərərçəkmişin özü tərəfindən tutulmuş və Yasamal RPİ 27-ci PB-yə təhvil verilmişdir. Ə.Kazımovdan 0,243 qram heroin götürülmüşdür.

Şahbuz rayon sakini Cəsarət Həsənov tapdığı odlu silahı könüllü olaraq təhvil vermişdir

05.03.2012

Şahbuz rayon sakini Cəsarət Həsənov tapdığı 1 ədəd "AKM" avtomat silahını, 30 ədəd avtomat patronu və 1 ədəd patron darağını könüllü olaraq Naxçıvan MR DİN-ə təhvil vermişdir.

Qazax şəhərində yerləşən kafedə iki nəfər qətlə yetirilmişdir

05.03.2012

Martın 5-də Qazax şəhərində Rövşən Dilbaziyə məxsus kafedə, rayon sakinləri Fariz Osmanov ov tüfəngindən açılmış atəşdən qətlə yetirilmiş, Tural Nəsibova isə küt alətlə xəsarət yetirilmişdir. Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülmüşdür. Hadisənin törədilməsində şübhəli bilinən Ukrayna vətəndaşı sərxoş halda olan Anastasiya Svyatodux və Rövşən Dilbazi Qazax RPŞ əməkdaşları tərəfindən saxlanılmışlar.

Bakı şəhər sakini Rasim Sadıqov bədbəxt hadisə nəticəsində ölmüşdür

05.03.2012

Martın 5-də saat 20.00 radələrində Binəqədi rayonu ərazisində "MAN" MMC-nin həyətində Bakı şəhər sakini Rasim Sadıqov "MAN" markalı avtomaşında təmir işləri apararkən avtomaşının hərəkətə gəlməsi nəticəsində, digər avtomaşına sıxılmışdır. Nəticədə R.Sadıqov hadisə yerində ölmüşdür.

Zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

05.03.2012

Martın 5-də Səbail rayonunda yaşayan Aliyyə İsmayılova, Abşeron rayon sakini 3 yaşlı Ədalət Əliyev, Xəyalə Məmmədova və Gəncə şəhər sakini Qoşqar Məmmədov öz evlərindən kimyəvi məhluldan, dəm qazından və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.