Bakıda daş karxanasında bədbəxt hadisə baş verdi
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə rayon ərazisində yerləşən "Vulkan" daş karxanasında bədbəxt hadisə qeydə alınıb. Karxanada maşinist işləyən, Gədəbəy rayon sakini, 41 yaşlı Əfqan Qurbanov daşkəsən maşının kardanına düşərək ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər