Ağcabədidə itkin düşmüş qızın vəfat etdiyi məlum oldu

Ağcabədidə itkin düşmüş qızın vəfat etdiyi məlum oldu

5 Mart 2012 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 3 mart 2012-ci il tarixində 1993-cü il təvəllüdlü Gülmirə Rafiq qızı Zülfəliyeva Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisindən keçən Qarabağ kanalına düşüb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunublar.

Xatırladaq ki, martın 3-də səhər saat 7 radələrində evdən çıxan və geri dönməyən Zülfəliyeva Gülmirə Rafiq qızının qohumları əvvəlcə qızın qoşulub qaçdığını düşünsələr də, bu ehtimal özünü doğrultmayıb. G.Zülfəliyevanın əmisi Novruz Zülfəliyevin sözlərinə görə, sonradan məlum olub ki, 19 yaşlı gənc kənd ərazisindən keçən magistral yolla hərəkət edən Gəncə-Lənkəran mikroavtobusuna minib.

O.M.