Azərbaycanda 03-04 martın kriminal xronikası

Azərbaycanda 03-04 martın kriminal xronikası

5 Mart 2012 11:42
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 124 cinayət faktı qeydə alınmışdır

03.03.2012-ci il - şənbə günü ərzində 83 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 83 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

03.03.2012

Martın 3-də saat 21.15 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri Etibar Nuruzadənin idarə etdiyi "Rang Rover" və Şahmar Nəzərlinin idarə etdiyi "VAZ-210154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış "Lada"nın sürücüsü xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Binəqədi rayonunda yaşayan Bəhruz Bəydəmirov intihar məqsədilə sirkə turşusu içmişdir

03.03.2012

Martın 3-də Binəqədi rayonunda yaşayan Bəhruz Bəydəmirov intihar məqsədilə sirkə turşusu içmişdir. O, xəstəxanaya gətirilmiş və orada ölmüşdür. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Bakı şəhər sakini Qafqaz Kələyevin çay evində qumar oyunları təşkil etməsi aşkar edilmişdir

03.03.2012

Bakı BPİ-nin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də E.Süleymanov küçəsindəki çay evində Bakı şəhər sakini Qafqaz Kələyevin qumar oyunları təşkil etməsi aşkar edilmişdir.

Ağstafa rayon sakinləri Seymur Qəhrəmanov və Anar Alməmmədovdan saxta əsginaslar götürülmüşdür

03.03.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də 7-ci mikrorayon ərazisində Ağstafa rayon sakinləri Seymur Qəhrəmanov və Anar Alməmmədov, Ucar rayon sakini Rəfail Qurbanova balıq almaq məqsədi ilə 2 ədəd saxta 50 manatlıq əsginas verərkən tutulmuş, onlardan 9 ədəd saxta 50 manatlıq və 22 ədəd 20 manatlıq əsginaslar götürülmüşdür.

Oğurluq etmiş Bakı şəhər sakinləri Orxan Rüstəmov və Tərlan Mustafayev tutulmuşlar

03.03.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 11-də Zemfira Əliyevanın evindən oğurluq etmiş Bakı şəhər sakinləri Orxan Rüstəmov və Tərlan Mustafayev tutulmuşlar.

Beyləqan rayon sakini Behbud Cəlilovdan 7,1 kq marixuana götürülmüşdür

03.03.2012

Nizami RPİ (Bakı) 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Beyləqan rayon sakini Behbud Cəlilovdan 7 kiloqram 100 qram marixuana götürülmüşdür.

Pul, qızıl və gümüş əşyalar olan çantanı oğurlamış Sumqayıt şəhər sakini Aygün Nurullayeva tutulmuşdur

03.03.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Elnarə Nəzəralıyevaya məxsus içərisində 365 manat pul, qızıl və gümüş əşyalar olan çantanı oğurlamış şəhər sakini Aygün Nurullayeva tutulmuşdur.

Avtomaşın qaçırmış Şirvan şəhər sakini Murad İbişov tutulmuşdur

03.03.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də Taleh Qurbanova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış şəhər sakini Murad İbişov tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

03.03.2012

Martın 3-də Sumqayıt şəhər sakinləri Mehriban Əsgərova və onun oğlu Müseyib evlərindən və Niftalı Ağayev öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

04.03.2012-ci il - bazar günü ərzində 41 cinayət faktı qeydə alınmışdır

04.03.2012

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Elmir İbrahimov qısqanclıq zəminində anasını qətlə yetirmişdir

04.03.2012

Martın 4-də Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəsəbə sakini Elmir İbrahimov qısqanclıq zəminində anası Aygün İbrahimovanı bıçaqla qətlə yetirmiş, onunla birgə olan Nizami Abdullayevə isə xəsarət yetirmişdir. E.İbrahimov Abşeron RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Arvadı Turanə Cəfərovanı bıçaqla qətlə yetirmiş Cəlilabad rayon Günəşli kənd sakini Əlizamin Rzayev tutulmuşdur

04.03.2012

Martın 4-də Cəlilabad rayonunun Günəşli kəndindəki evində kənd sakini Əlizamin Rzayev qısqanclıq zəminində arvadı Turanə Cəfərovanı bıçaqla qətlə yetirmiş, onunla birgə olan Masallı rayon sakini Almaz Dəmirova isə xəsarət yetirmişdir. Ə.Rzayev Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Avtomaşın qaçırmış Gəncə şəhər sakini Asim Hüseynov tutulmuşdur

04.03.2012

Martın 4-də saat 09.00-dan 12.00-dək olan müddət ərzində Göygöl şəhəri ərazisindən, rayon sakini Bayraməli Əsgərova məxsus "VAZ-21013" markalı avtomaşın qaçırılmışdır. Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Gəncə şəhərində tapılmış, avtomaşını qaçırmış Gəncə şəhər sakini Asim Hüseynov tutulmuşdur.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.03.2012

Martın 4-də saat 12.20 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Seyfəddin İsmayılov "FATİH F280" markalı avtomaşını idarə edərkən şəhər sakini Emin Hüseynovu vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.03.2012

Martın 4-də saat 19.30 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Tofiq Vəliyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Əfsər Abdurahmanovu qətlə yetirmiş Mingəçevir şəhər sakini Kamran Rüstəmov tutulmuşdur

04.03.2012

Fevralın 28-də Əfsər Abdurahmanovu qarət məqsədi ilə küt alətlə qətlə yetirmiş Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Rüstəmov polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Göygöl rayon Bığır kənd sakini Famil Qəfərovdan narkotik vasitə aşkar edilərək götürülmüşdür

04.03.2012

Göygöl RPŞ və Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Bığır kənd sakini Famil Qəfərovdan 9,58 qram, evinə baxış zamanı isə 1 kiloqram 335,165 qram marixuana aşkar edilərək götürülmüşdür.

93 ədəd rels altlıqları oğurlamış Ağdam rayon sakinləri İlqar Xəlilov və Xəqani Həsənov tutulmuşlar

04.03.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Biləcəri-Heybət mənzilindən 93 ədəd rels altlıqlarını oğurlamış Ağdam rayon sakinləri İlqar Xəlilov və Xəqani Həsənov tutulmuşlar.

Dəmir seyf oğurlamış Bakı şəhər sakini Azad Bəşirov tutulmuşdur

04.03.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Elçin Məmmədova məxsus mağazadan 7 ədəd təkər və içərisində şəxsi sənədlər, avtomaşın açarları olan dəmir seyfi oğurlamış Bakı şəhər sakini Azad Bəşirov tutulmuşdur.

Pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Vahid Yaqubov tutulmuşdur

04.03.2012

Martın 4-də Bakının Nizami rayonu ərazisində yaşayan Nəhayət Məmmədova polisə müraciət edərək cari ilin fevral ayının 13-də, qonağı olmuş Astara rayon sakini Vahid Yaqubov tərəfindən 450 manat pulunun və qızıl əşyalarının oğurlanmasını bildirmişdir. Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Yaqubov tutulmuşdur.

Bakı şəhər sakini Ramil Cabbarov tutulmuşdur

04.03.2012

Nizami (Bakı) RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Rəna Mustafayevaya qarşı zor tətbiq edərək, içərisində 30 manat pul, 2 ədəd metro kartı və şəxsi əşyaları olan çantasını ondan almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Cabbarov tutulmuşdur.

Orxan Xamıyevə ölümü ilə nəticələnən bıçaq xəsarəti yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Knyaz Knyazov tutulmuşdur

04.03.2012

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Orxan Xamıyevə ölümü ilə nəticələnən bıçaq xəsarəti yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Knyaz Knyazov tutulmuşdur.

1 yaşlı Elmir Mehdiyevə ölümü ilə nəticələnən xəsarətlər yetirib hadisə yerindən qaçmış dayəsi Tovuz rayon sakini Ziyafət Məmmədova tutulmuşdur

04.03.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da 1 yaşlı Elmir Mehdiyevə ölümü ilə nəticələnən xəsarətlər yetirib hadisə yerindən qaçmış Xırdalan şəhərində kirayədə yaşayan, onun dayəsi işləmiş Tovuz rayon sakini Ziyafət Məmmədova tutulmuşdur.

Bakı şəhər sakinləri Ruslan Rəcəbovdan, Zamir Səlimovdan və Ruslan Əhmədov tutulmuşlar

04.03.2012

Martın 4-də Xətai RPİ 34-cü PB-nin sahə inspektorları polis baş leytenantı Mahir Rəhimov və polis leytenantı İlkin İmanov gecə gəzintisində olarkən, sərxoş halda olan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ruslan Rəcəbovdan, Zamir Səlimovdan və Ruslan Əhmədovdan şübhələndikləri üçün onlara yaxınlaşıb sənədlərini göstərmələrini tələb etmişlər. Bu zaman onlar tabeçilik göstərməyərək, dəmir parçası və bıçaqla polisə qarşı müqavimət göstərmişlər. Onlar tutulmuşlar.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

04.03.2012

Martın 4-də Sumqayıt şəhər sakini Günel Almuradova və Göygöl rayon sakini Aytəkin Məmmədova öz evlərin dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.