Bakıda avtomobil salonundan oğurluq edilib

Bakıda avtomobil salonundan oğurluq edilib

5 Mart 2012 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 3-ü gecə saatlarında Bakı şəhər sakini Elçin Məmmədova məxsus Z.Bünyadov prospektində yerləşən mağazadan qapını sındırma yolu ilə içərisində şəxsi sənəd, 7 ədəd avtomobil açarı olan dəmir seyf və 7 ədəd təkər disklərlə birlikdə oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Azad Bəşirov martın 4-də tutulub.

O.M.