Bərdədə naməlum kişi meyiti tapıldı

Bərdədə naməlum kişi meyiti tapıldı

3 Mart 2012 20:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 18:00 radələrində Bərdənin Soğanverdilər kəndinin yaxınlığında Borsunlu-Hindarx magistral avtomobil yolunun kənarında naməlum kişi meyiti tapılıb. Meyit əkin-biçin işləri ilə məşğul olan yerli sakinlər tərəfindən aşkarlanıb. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

O.M.