Bu gün Siyəzəndə bıçaqlanma hadisəsi baş verdi

Bu gün Siyəzəndə bıçaqlanma hadisəsi baş verdi

3 Mart 2012 19:17
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayon Polis Şöbəsindən verilən məlumata görə, 1992-ci il təvəllüdlü Siyəzən rayon sakini İsayev Oruc Ələddin oğlu 19 yaşlı Rəşad İlyasov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə çatdırılıb. Tibb müəssisəsindən bildirilib ki, O.İsayev boyun və qarın nahiyəsindən bıçaq zərbəsi alıb və çoxlu qan itirib. Hazırda xəsarət alan şəxs əməliyyat olunur.

Hadisəni törədən R.İlyasov isə könüllü şəkildə Siyəzən Rayon Polis Şöbəsinə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.

O.M.