Tovuz rayonunda məktəb binasında yanğın oldu

Tovuz rayonunda məktəb binasında yanğın oldu

3 Mart 2012 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gün axşam saatlarında Tovuz rayonu, Səfərli kəndində ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli kənd orta məktəbinin 5 sinif otağının yanar konstruksiyaları və dam örtüyü 160 kv.m sahədə yanıb. Məktəb binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

O.M.