Ulvira Qarayevanın həyat yoldaşı boşanmağa etiraz olaraq özünü öldürmək istədi

Ulvira Qarayevanın həyat yoldaşı boşanmağa etiraz olaraq özünü öldürmək istədi

2 Mart 2012 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

ANS-in "Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayevin (Dağlı) intihara cəhd etməsi ilə bağlı işin təhqiqatını aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev bildirib ki, Tərlan Mustafayev polisə verdiyi ifadəsində özü-özünə xəsarət yetirdiyini etiraf edib. O bu addımı həyat yoldaşı Ulvira Qarayevanın ondan boşanmasına etiraz olaraq atdığını bildirib. Müstəntiq T.Mustafayevin özünə xəsarət yetirməsi ilə bağlı toplanmış materialların Sabunçu Rayon Prokurorluğuna göndərildiyini, yaxın günlərdə onun əməlinə hüquqi qiymət veriləcəyini qeyd edib. Böyük ehtimalla Sabunçu rayon Prokurorluğu tərəfindən T.Mustafayevin barəsində özünə qəsd etmə maddəsi ilə cinayət işi başlana bilər.

Qeyd edək ki, sözügedən hadisə fevralın 26-dan 27-ə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. T.Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.
O.M.