Quba hadisələri ilə bağlı cinayət işi açıldı

Quba hadisələri ilə bağlı cinayət işi açıldı

2 Mart 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovla bağlı hər hansı araşdırma aparılmır". Bu fikri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin suallarına cavab olaraq səsləndirib. Kamran Əliyev həmçinin bildirib ki, Qubada dünən baş verən hadisələrlə bağlı cinayət işi açılıb və bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

O.M.