Vətəndaşların 100 min dollarını mənimsəmiş dəstənin daha bir üzvü tutuldu

Vətəndaşların 100 min dollarını mənimsəmiş dəstənin daha bir üzvü tutuldu

2 Mart 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Allahyar Əliyev tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən A.Əliyev bir qrup şəxslə əlbir olaraq vətəndaşları işə düzəltmək adı ilə onlara qarşı dələduzluq əməlləri törədib. Onlar bu yolla ümumilikdə 100 min ABŞ dollarına yaxın pul mənimsəyiblər. Sözügedən dəstənin bir neçə üzvü artıq tutulub.

Hazırda istintaq tədbirləri davam etdirilir.

O.M.