Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində 85 cinayət işinin istintaqı gedir

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində 85 cinayət işinin istintaqı gedir

2 Mart 2012 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyevin açıqlamasına görə, 2012-ci il ərzində korrupsiya cinayətləri üzrə 26 cinayət işi yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib. Bunlar ən müxtəlif sahələrlə bağlı olan korrupsiya cinayətləridir. K.Əliyev bildirib ki, cinayət işləri "qaynar xətt"ə daxil olan məlumatlar və idarənin apardığı araşdırmalar nəticəsində qaldırılıb. İdarə rəisi hazırda idarənin icraatında 85 cinayət işinin istintaqının getdiyini açıqlayıb.

O.M.