Rusiyalı manyak anasının tərbiyəçi işlədiyi uşaq evinin iki beş yaşlı körpəsini zorlamaqda ittiham olunur

Rusiyalı manyak anasının tərbiyəçi işlədiyi uşaq evinin iki beş yaşlı körpəsini zorlamaqda ittiham olunur

2 Mart 2012 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Stavropol diyarının Blaqodarnıy şəhərinin 22 yaşlı sakini 2 beş yaşlı qızı zorlamaqda ittiham olunur. Rusiya hüquq-mühafizə orqanlarına istinadən İnterfax-ın yaydığı məlumata görə, seksual-manyak ötən ilin sentyabr ayından bu ilin yanvarına qədər mütəmadi olaraq azyaşlılarla cinsi əlaqədə olurdu. Uşaqlar onun tərbiyəçi işləyən anasının himayəsində qalırdı. Belə ki, manyakın anası azyaşlıların sosial reabilitasiya mərkəzində tərbiyəçi işləyir.

O.M.