Qobustanda 40 yaşlı fəhlə partlayış nəticəsində vəfat etdi

Qobustanda 40 yaşlı fəhlə partlayış nəticəsində vəfat etdi

2 Mart 2012 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ Rayon Prokurorluğunun məlumatına görə, Qobustan qəsəbəsində ölümlə nəticələnən partlayış hadisəsi qeydə alınıb. Qəsəbə ərazisində fəaliyyət göstərən metal əritmə sexində baş verən partlayış nəticəsində orada fəhlə işləyən bir nəfər - 40 yaşlı Əbülfət Əzim oğlu Rəsulov xəsarət alıb. Təcilli olaraq xəstəxanaya yerləşdirilən yaralı aldığı xəsarətdən orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

O.M.