Qısqanc ər arvadını bıçaqladı - QANLI CİNAYƏT

Qısqanc ər arvadını bıçaqladı - QANLI CİNAYƏT

16 Sentyabr 15:21
44

Ağcabədi rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cİnayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası sentyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin mayında Ağcabədi rayonunun Taxtakörpü kəndində baş verib.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib.
Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub.
Daha sonra hadisə yerindən qaçıb.

Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Rafiq Əliyevin barəsində 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Oxumeni.az