Qadın sevgilisi ilə birləşib ərini öldürdü, cəsədini yandırdı, 13 il maaşını "yedi"

Qadın sevgilisi ilə birləşib ərini öldürdü, cəsədini yandırdı, 13 il maaşını "yedi"

16 Sentyabr 14:18
68
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yaşayan qadın dəhşətə gətirən əməl törədib.

Oxumeni.az İhlas xəbər agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Adana şəhərində törədilən dəhşətli cinayətin üstü 13 il sonra açılıb.

Adananın Seyhan qəsəbəsində yaşayan 51 yaşlı Fitnat Vural barda tanış olduğu sevgilisi Serdar T. ilə birləşərək ərini öldürüb. Oğlan sonradan iz itirmək üçün kişinin cəsədini yandırıb.

Ərini öldürən qadın sonradan polisə müraciət edərək onun itkin düşdüyünü söyləyib. İllər sonra cinayətin üstü açılanda məlum olub ki, qadın 13 ildir ərinin maaşını da alırmış.

Fitnat Vural və sevgilisi Serdar T. saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumeni.az