Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində piyada öldü

Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində piyada öldü

1 Mart 2012 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir Rayon Polis Şöbəsindən verilən məlumata görə, ötən gecə saat 21:00 radələrində Kürdəmir şəhərinin Bakı prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Adil Rəhimovun idarə etdiyi 10-NN-699 dövlət nömrə nişanlı, "VAZ 21099" dövlət nömrə nişanlı minik maşını qarşı tərəfdən gələn Ağsu sakini Fikrət Məhərrəmovun idarə etdiyi 90-DD-402 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını ilə toqquşub. Toqquşma zamanı avtomobillərdən biri sürüşərək yolun kənarındakı piyada - 1956-cı il təvəllüdlü Sədirov Varis Məlikağa oğlunu vurub. Hadisə nəticəsində sürücülər yüngül xəsarət alsalar da, piyada Varis Sədirov xəstəxanada dünyasını dəyişib. Piyadanın hansı avtomobil tərəfindən vurulması müəyyən edilməyib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

O.M.