Dünən Bakıda 15 "avtoş" saxlanıldı

Dünən Bakıda 15 "avtoş" saxlanıldı

1 Mart 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə saatlarında Bakının müxtəlif yerlərində avtoxuliqanlara qarşı reyd keçirilib. Reydə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov rəhbərlik edib. Reyd zamanı Bakının müxtəlif ərazilərində avtoxiliqanlıqla məşğul olan 15 sürücü saxlanılıb. Həmçinin xeyli sayda avtomobil sahibi qeyri-qanuni pərdə və plyonkalardan istifadə etdiyi üçün cərimələnib. Belə reydlərin davamlı olacağı bildirilir.

O.M.