Balakəndə məktəbli qız özünü güllələdi

Balakəndə məktəbli qız özünü güllələdi

1 Mart 2012 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayon Prokurorluğunun məlumatına görə, dünən saat 17.00 radələrində Qullar kəndində intihar hadisəsi qeydə alınıb. 1995-ci il təvəllüdlü 11-ci sinif şagirdi Novruzova Havva Qurban qızı dərsdən evə gələndən sonra evlərində olan "TOZ 8" tüfəngi ilə döş qəfəsinə atəş açıb. H.Novruzova Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və orada onun üzərində cərrahi əməliyyat aparılıb. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.