Balakəndə itkin düşən iki məktəbli qız Bakıda tapıldı

Balakəndə itkin düşən iki məktəbli qız Bakıda tapıldı

29 Fevral 2012 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Polis Şöbəsinin məlumatına görə, rayon ərazisində itkin düşən məktəblilərlə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində qızların avtobusla Bakıya yola düşdükləri müəyyən olunub. Bakıda avtobusdan düşən məktəbliləri Balakən rayon Polis Şöbəsinin əməkdaşları qarşılayıblar. Qızlar Balakənə aparılıb. Hazırda Polis Şöbəsinin təhqiqat bölməsində onların izahatları alınır.

Qeyd edək ki, rayonun Gərəkli kənd sakini, 16 yaşlı Nailə Nizami qızı Omarova və Balakən şəhər sakini, 16 yaşlı Mədinə Abdulqədir qızı Əhmədova ötən gün səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar. Övladlarının evə qayıtmadığını görən valideynlər bu barədə dərhal polisə məlumat veriblər. Polis həmin qızları itkin düşmüş kimi qeydiyyata alıb.
Polisdən həmçinin bildirilib ki, adıçəkilən qızlar Balakənin rayon mərkəzində yerləşən orta məktəbdə eyni sinifdə oxuyurlar.
O.M.