Bu gün Bakı-Quba yolunda iki avtomobil qəzası baş verdi

Bu gün Bakı-Quba yolunda iki avtomobil qəzası baş verdi

29 Fevral 2012 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində iki yol nəqliyyat hadisəsi baş verib. Yolun 144-cü kilometrliyində baş verən qəzalarda 8 nəfər müxtəlif bədən xəsarətləri alıb. İlk hadisə bu gün səhər saat 04.00 radələrində qeydə alınıb. "VAZ 21011" markalı avtomaşınla "Mercedes" markalı yük maşınının toqquşması nəticəsində "Mercedes"in sürücüsü, 1957-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Firudin Yaqubov, "VAZ 21011" markalı nəqliyyat vasitəsinin sürücüsü, Quba rayon Mirzəqışlaq kənd sakini, 1970-ci il təvəllüdlü Pənah Hacıyev və onun sərnişini, Quba rayon sakini, 1953-cü təvəllüdlü Tofiq Həsənov xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində "VAZ 21011" bir neçə hissəyə bölünüb, "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinə məxsus "Mercedes" markalı yük maşını isə ağaca dəyərək aşıb. Aşan yük avtomobilini yol kənarından götürmək üçün əraziyə gətirilən "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinə məxsus çilingər avtomobili də eyni ərazidə qəza törədib.

Yük maşını Bakıdan Quba istiqamətində hərəkət edən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sahib İsmayılovun idarə etdiyi 99-BF-141 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

O.M.