Sumqayıtda 8 aylıq körpə badam ləpəsindən boğularaq öldü

Sumqayıtda 8 aylıq körpə badam ləpəsindən boğularaq öldü

27 Fevral 2012 18:57
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt Şəhər Polis İdarəsinin məlumatına görə, bu gün Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan 2011-ci il təvəllüdlü İsmayılzadə Cavad Elnur oğlu badam ləpəsinin boğazında qalması nəticəsində boğularaq ölüb. Hadisə baş verən zaman uşağın valideynləri evdə olsalar da, körpəyə kömək edə bilməyiblər.

O.M.