Bu gün Bakının mərkəzində partlamamış hərbi sursat aşkar edildi

Bu gün Bakının mərkəzində partlamamış hərbi sursat aşkar edildi

27 Fevral 2012 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu gün səhər saatlarında nazirliyə Bakı şəhəri, Səbail rayonunda sursat aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı 1 ədəd "F-1" markalı əl qumbarası və "UZRQM" tipli alışdırıcıdır. Aşkarlanmış sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə əlavə baxış keçirilib. Bu zaman digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 10:18-də başa çatıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.